...

YAP gəncləri 1 saylı Körpələr Evində olublar

Cəmiyyət Materials 30 May 2013 18:27 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sosial layihələrindən bu gün daha birini həyata keçirmişdir.
YAP gəncləri 1 saylı Körpələr Evində olublar

Azərbaycan, Bakı, 30 may /Trend/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sosial layihələrindən bu gün daha birini həyata keçirmişdir.

Birlikdən Trend-ə verilən məlumata görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə YAP gəncləri Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində olmuşlar.

Bu gün dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuş bu körpələrə, həmçinin onlara gecə-gündüz xidmət edən insanlara mənəvi dəstək biz gənclərin borcudur. 1 İyun günündə qayğıya daha çox ehtiyacı olan kimsəsiz uşaqlarla görüşmək, onlarla bir olmaq ənənəsi məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün də bu ənənə davam etdirilir, ölkəmizdə kimsəsiz uşaqlar üçün bütün şərait yaradılmışdır. Uşaq evlərinin ləğv olunması istiqamətində ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva böyük layihələr həyata keçirir.

YAP gənclərinin də bu ənənələrin davam etdirilməsi, gənclərimizin bu məkanlara diqqətinin artırılması üçün təşkil etdiyi ziyarət davamlı olacaq.

YAP Gəncləri körpələr üçün aldıqları dərman və digər ləvazimatları Körpələr evi rəhbərliyinə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti