...

Azərbaycanda yeni Renault Fluence modelinin satişina start verildi

Cəmiyyət Materials 31 May 2013 12:11 (UTC +04:00)
Azərbaycanda yeni Renault Fluence modelinin satışlarına start verildi. Model müasir təchizat və eksteryerin yeni dizaynına malikdir
Azərbaycanda yeni  Renault Fluence modelinin satişina start verildi

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycanda yeni Renault Fluence modelinin satışlarına start verildi. Model müasir təchizat və eksteryerin yeni dizaynına malikdir. Avtomobil Lourens Van den Akerin yeni dizayn üslubu əsasında ərsəyə gətirilib. Bu barədə Trend-ə "Renault" şirkətinin Azərbaycandakı Mətbuat nümayəndəliyindən məlumat verilib.

Benzin mühərrik, CVT transmissiya ilə təchiz edilmiş Renault Fluence-in qiyməti 19 900 manatdır. Mühərrikin həcmi 1.6 l, gücü 114 a.g təşkil edir. Model iki komplektasiya variantında təklif edilir: Expression və Dynamique. Qiymət/keyfiyyət mütənasibliyi üç il zəmanət və yaxud 100 000 km yol qətinə əsaslanır. Avtomobil, Renault şirkətinin Türkiyənin Bursa şəhərində yerləşən müəssisəsində istehsal edilir.

Renault Fluenc-in Azərbaycanda satışlarına cəmi 1,5 il əvvəl başlamasına baxmayaraq o, yerli bazarda üç ən çox satılan avtomobillərin sırasına daxil ola bilib. Əvvəlki qiymət səviyyəsini qoruyub saxlamış, təchizatı zənginləşmiş yeni Fluence-in bazara daxil olması, Renault-ya inkişafda olan C seqmentində mövqelərini möhkəmləndirməyə imkan verəcək.

Mühərrikin həcmi, l. Mühərrikin gücü, a.g. Transmissiya Expression Dynamique
1,6 114 CVT 19 900 AZN
2,0 142 CVT 21 900 AZN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti