...

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş referat müsabiqəsi keçirilib

Cəmiyyət Materials 31 May 2013 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

May ayının 31-də Vergilər Nazirliyində "Azərbaycanın vergi jurnalı"nın ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə magistrantlar arasında "Azərbaycan-2020: vergi sisteminin gələcəyinə baxış" mövzusunda keçirdiyi referat yazılışı üzrə beynəlxalq müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın və dünyanın nüfuzlu ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır.

Müsabiqəyə ABŞ, Türkiyə və Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 25 iş daxil olmuşdur.

ABŞ-ın Seton Hall Universitetinin magistrantı Eyitayo Akanji 1-ci yerə, həmin universitetin magistrantı Kler Finneqan 2-ci yerə, Türkiyə Respublikası Dokuz Eylül Universitetinin magistrantı Fatma Yapıcı, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Ramin İlyasov və Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı Səftər Vəlizadə 3-cü yerə layiq görülmüşlər.

Qaliblərə diplom və qiymətli hədiyyələr, müsabiqədə fəal iştirak etmiş magistrantların hər birinə isə jurnalın təşəkkürnaməsi təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti