...

Təhsil Nazirliyi orta məktəblərdə araşdırmalar aparacaq

Cəmiyyət Materials 3 İyun 2013 09:54 (UTC +04:00)
Təhsil Nazirliyi növbəti dərs ili ərzində bölgələrdəki ümumtəhsil məktəblərində müvafiq monitorinq və araşdırmalar aparmağı nəzərdə tutur.
Təhsil Nazirliyi orta məktəblərdə araşdırmalar aparacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi növbəti dərs ili ərzində bölgələrdəki ümumtəhsil məktəblərində müvafiq monitorinq və araşdırmalar aparmağı nəzərdə tutur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1941 nömrəli sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti