...

Yanğından ziyan çəkmiş kimyaçı ailəsinə yardım göstərilib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2013 16:34 (UTC +04:00)
Ötən ayın 20-də ARDNŞ-nin Təmir-tikinti İdarəsinin işçisi Çingiz Nəbiyevin ailəsinə məxsus mənzildə baş vermiş yanğın ailəni çıxılmaz vəziyyətə salmışdı. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, kimyaçı ailəsinin 3 otaqlı mənzilinin 2 otağı və ev əşyaları yanaraq yararsız hala düşmüş, ailəyə xeyli ziyan dəymişdir.
Yanğından ziyan çəkmiş kimyaçı ailəsinə yardım göstərilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Ötən ayın 20-də ARDNŞ-nin Təmir-tikinti İdarəsinin işçisi Çingiz Nəbiyevin ailəsinə məxsus mənzildə baş vermiş yanğın ailəni çıxılmaz vəziyyətə salmışdı. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, kimyaçı ailəsinin 3 otaqlı mənzilinin 2 otağı və ev əşyaları yanaraq yararsız hala düşmüş, ailəyə xeyli ziyan dəymişdir.

Lakin çətin, arzuolunmaz problemlə üzləşmiş ailə diqqətsiz qalmamışdır. Bu günlərdə "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı komitəsi və "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin kollektivi Nəbiyevlərin 17-ci mikrorayondakı evlərinə gələrək, onlara lazımi məişət əşyaları və ərzaq məhsulları ilə maddi yardım göstərmişlər. Ailənin ağsaqqalı, uzun illər "Azərikimya"nın müəssisələrindən birində çalışaraq təqaüdə çıxmış Müzəffər Nəbiyev kimyaçılar kollektivinin və hər zaman humanistlik göstərərək, həyatın çətinlikləri ilə üzləşənlərə, ağır bəlalara düçar olanlara yardım edən "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şöbəsinin diqqət və qayğısına görə ailə üzvləri adından dərin minnətdarlıq ifadə etmişdir.

Kimyaçılar kollektivini təmsil edən "Azərikimya" İB Həmkarlar İttifaqı komitəsinın nümayəndələri evin təmiri ilə bağlı işlərdə də ailəyə hər cür yardım ediləcəyini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti