Azərbaycan, Bakı, 4 iyun /Trend/
Bakı şəhəri Xətai rayonu Nobel prospektində aparılan abadlıq işləri ilə əlaqədar 04 may 2013-cü tarixində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər var. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bununla əlaqədar ərazidən keçən 400 mm diametrli magistral su xəttinin yeri dəyişdirilmişdir. Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.