...

ARDNŞ-in Belçika nümayәndәliyi Şəffaflıq Reyestrində qeydiyyatdan keçib

Cəmiyyət Materials 6 İyun 2013 14:12 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Belçika nümayәndәliyi Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan və idarə olunan Şəffaflıq Reyestrində qeydiyyatdan keçib.
ARDNŞ-in Belçika nümayәndәliyi Şəffaflıq Reyestrində qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Belçika nümayәndәliyi Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan və idarə olunan Şəffaflıq Reyestrində qeydiyyatdan keçib.

Bu barədə Trend-ə ARDNŞ-in Belçika nümayәndәliyindən məlumat verilib.

Mәlumatda bildirilir ki, ARDNŞ-in Belçika nümayәndәliyi Avropa Birliyi qərarlarının qəbul edilməsi prosesində şəffaflığı təmin etmək məqsədilə yaradılan Şəffaflıq Reyestrində qeydiyyatdan keçib. Bu Reyestrdə qeydiyyat Aİ vətəndaşlarına ARDNŞ haqqında dəqiq və qərəzsiz informasiya toplanışına, habelə şirkətin maraqları, siyasəti və investisiya olunan resursları barədə ən düzgün məlumatı əldə etməyə imkan yaradacaq:

"Şəffaflıq Reyestrində ARDNŞ-nin qeydiyyatı və Reyestrin Davranış Məcəlləsinə tam əməl edilməsi bir ictimai məsuliyyət göstəricisidir. Beləliklə, Dövlət Neft Şirkəti Avropa İttifaqı qaydaları ilə fəaliyyət göstərməsini qəbul edir və tam şəffaf şəkildə Avropa institusiyaları ilə qarşılıqlı əlaqə yaradır.

ARDNŞ-nin Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan Şəffaflıq Reyestrində qeydiyyatı ARDNŞ-nin Aİ proseslərində fəal iştirakını ictimailəşdirəcək və bununla ARDNŞ-in maraqlarını və məqsədlərini daha geniş auditoriyaya təqdim edə bilməsi üçün müstəsna imkanlar yaradacaq.

ARDNŞ-in Şəffaflıq Reyestrində qeydiyyatdan keçməsi, həmçinin şirkətin Avropa Parlamenti və Avropa Komissiyası ilə rəsmi qaydada əməkdaşlığını təmin edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti