...

Əmək Nazirliyində sosial sifarişlər üzrə müsabiqələrin yekunlarına dair təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2013 14:53 (UTC +04:00)
6 iyun 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün elan edilmiş müsabiqələrin ilkin yekunlarına dair təqdimat mərasimi keçirilib.
Əmək Nazirliyində sosial sifarişlər üzrə müsabiqələrin yekunlarına dair təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun / Trend /

6 iyun 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün elan edilmiş müsabiqələrin ilkin yekunlarına dair təqdimat mərasimi keçirilib.

Nazirlikdən Trend-ə cümə axşamı verilən məlumata görə. Beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirin məqsədi müsabiqələrin nəticələrinin elan edilməsi və icra ediləcək layihələr haqqında məlumatların ictimaiyyətə təqdim edilməsindən ibarət olub.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Azərbaycan Respublikası Prezidentinin "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" 9 yanvar 2013-cü il tarixli Sərəncamının uşaqların müdafiəsinə, onların sağlamlığının və firavan gələcəyinin təminatına ölkə rəhbəri tərəfindən göstərilən qayğının növbəti təzahürü olduğunu vurğulayıb.

Qeyd olunub ki, Sərəncam sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial xidmətlərdə nəzərə çarpan keyfiyyət yüksəlişinə nail olmağa şərait yaradır. Həmçinin bu sənəd sosial xidmətlər sahəsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın daha sistemli və dolğun şəkildə qurulması üçün mühüm bir stimuldur.
Hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara, eləcə də sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara münasibətdə yeni meyillər - sosial və həm də sistemli yanaşma əsasında sosial inteqrasiyaya şərait yaradan xidmət tendensiyaları genişlənir. Belə tədbirlər həmin uşaqların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hüquqlarının tam reallaşmasına, onların tədricən cəmiyyətin digər üzvləri sırasına keçərək, ictimai həyatın fəal və müstəqil subyektinə çevrilərək özlərini təsdiqləməsinə yol açır.

Tədbirdə müsabiqələrin nəticələri elan edilib və icra ediləcək layihələr haqqında məlumatlar ictimaiyyətə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti