...

Amnistiya qərarı indiyədək 2400-ə yaxın məhkuma şamil edilib

Cəmiyyət Materials 6 İyun 2013 20:09 (UTC +04:00)
Ədliyyə Nazirliyin Yasamal rayon icra şöbəsində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə amnistiya qərarının icrası həyata keçirilib.
Amnistiya qərarı indiyədək 2400-ə yaxın məhkuma şamil edilib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Ədliyyə Nazirliyin Yasamal rayon icra şöbəsində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə amnistiya qərarının icrası həyata keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin İcra baş idarəsinin rəisi Xanlar Zeynalov çıxış edərək ulu öndərin yubileyi münasibətilə qəbul edilmiş amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığını, əsası dahi lider tərəfindən qoyulan humanist siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, bu münasibətlə məhkumları təbrik edib.

Amnistiya aktının Yasamal rayonu üzrə islah və ictimai işlər növündə cəza çəkən və cərimə cəzasına məhkum edilmiş 158 nəfərə tətbiq edildiyi vurğulanıb. Bütövlükdə isə qərarın icra xidməti üzrə bu günədək 2400-ə yaxın məhkuma tətbiq olunduğu bildirilib.

Cəzadan azad olunan məhkumlar dövlət başçısı İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı - ölkənin birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bir daha cinayət törətməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Amnistiya aktının icrası davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti