...

Bakıda dənizdə çimmək istəyən şəxs batma təhlükəsi ilə üzləşib

Cəmiyyət Materials 7 İyun 2013 13:26 (UTC +04:00)
Bakıda dənizdə çimmək istəyən şəxs batma təhlükəsi ilə üzləşib.
Bakıda dənizdə çimmək istəyən şəxs batma təhlükəsi ilə üzləşib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakıda dənizdə çimmək istəyən şəxs batma təhlükəsi ilə üzləşib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Qaradağ rayonu ərazisində- "Qaradağ-1" sularda xilasetmə məntəqəsindən təxminən 650 m məsafədə, nəzarət olunmayan ərazidə baş verib. Həmin ərazidə 1 nəfər dənizdə çimərkən batma təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti