...

Azərbaycanın bəzi ərazilərində temperatur yenidən 33 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 8 İyun 2013 12:36 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu yenidən 33 dərəcəyə yüksələcək.
Azərbaycanın bəzi ərazilərində temperatur yenidən 33 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu yenidən 33 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova cümə günü Trend-ə bildirib ki, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21 dərəcə isti təşkil edəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 9-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti