...

Korrupsiya cinayətlərində ittiham olunan uşaq bağçasının direktorunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 10 İyun 2013 13:14 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya cinayətlərində ittiham olunan Xırdalan şəhər 17 saylı uşaq bağçasının direktoru Lalə Əmirovanın cinayət işi üzrə məhkəmə başlayıb.
Korrupsiya cinayətlərində ittiham olunan uşaq bağçasının direktorunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya cinayətlərində ittiham olunan Xırdalan şəhər 17 saylı uşaq bağçasının direktoru Lalə Əmirovanın cinayət işi üzrə məhkəmə başlayıb.

Trend-in məlumatına görə, Lalə Əmirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyunun 18-nə təyin edilib.

İtttihama görə, Xırdalan şəhər 17 saylı uşaq bağçasının direktoru Lalə Əmirovanın qanunsuz hərəkətləri barədə şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, bağcanın direktoru Lalə Əmirova xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat məbləğində pul tələb edib, həmin məbləğin 100 manatını 2012-ci ilin dekabrında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi alıb.

Lalə Əmirova cinayətkar əməllərini davam etdirərək 4 mart 2013-cü il tarixdə xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Baxış zamanı Lalə Əmirovanın üzərindən rüşvət kimi aldığı 60 manat, şəxsi pul kisəsindən 1.494 manat və 40 avro məbləğində pul, xidməti otağından digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Lalə Əmirova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti