...

Azərbaycanda əlil pensiyaçıların sayı açıqlandı

Cəmiyyət Materials 19 İyun 2013 15:41 (UTC +04:00)
Bu il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatda olan 1 milyon 271,5 min əmək pensiyaçısının 26,8 faizi, yəni 340,8 min nəfəri əlilliyə görə əmək pensiyası alanlardır.
Azərbaycanda əlil pensiyaçıların sayı açıqlandı

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

Bu il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatda olan 1 milyon 271,5 min əmək pensiyaçısının 26,8 faizi, yəni 340,8 min nəfəri əlilliyə görə əmək pensiyası alanlardır. Trend-in məlumatına görə, bunu Fondun sədri Səlim Müslümov "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafizəsində və təbliğində rolu" mövzusunda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib.

DSMF sədrinin sözlərinə görə, onlardan 6,7 faizi və ya 23,4 min nəfəri I qrup, 86 faizi və ya 292,1 min nəfəri II qrup, 7,3 faizi və ya 25,3 min nəfəri III qrup əlillərdir.

O, qeyd edib ki, I qrup gözdən əlillərin sayı 7575 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6 faizi müharibə əlilləri, 95,6 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır.

Müslümov əlavə edib ki, hazırda əmək pensiyaçılarının 60,5 faizi, yəni 769 min nəfəri qadındır: "Onların 69 faizi və ya 528 min nəfəri yaşa görə, 19 faizi və ya 149 min nəfəri əlilliyə görə, 12 faizi və ya 92 min nəfəri ailə başçısını itidrdiyinə görə pensiyaçıdır. Ümumi qadın pensiyaçıların tərkibində çoxuşaqlı ana kimi pensiya alan qadınların sayı isə 246 min nəfər təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti