...

İsveçrəli tələbələr irimiqyaslı tikinti layihələri ilə tanış olmaq üçün Azərbaycana gələcəklər

Cəmiyyət Materials 20 İyun 2013 15:16 (UTC +04:00)
İsveçrənin Lozanna Federal Politexnik İnstitutu (EPFL) ilə yaranmış uğurlu əməkdaşlıq çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə iyulun 8-14-də sözügedən institutun Mühəndislik fakültəsinin bir qrup tələbəsi Azərbaycanda geniş vüsət almış irimiqyaslı tikinti layihələri ilə tanış olmaq məqsədilə ölkəmizə təcrübə səfəri edəcəklər.
İsveçrəli tələbələr irimiqyaslı tikinti layihələri ilə tanış olmaq üçün Azərbaycana gələcəklər

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir S.Əhmədova/

İsveçrənin Lozanna Federal Politexnik İnstitutu (EPFL) ilə yaranmış uğurlu əməkdaşlıq çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə iyulun 8-14-də sözügedən institutun Mühəndislik fakültəsinin bir qrup tələbəsi Azərbaycanda geniş vüsət almış irimiqyaslı tikinti layihələri ilə tanış olmaq məqsədilə ölkəmizə təcrübə səfəri edəcəklər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, fakültənin təqribən 30-a yaxın tələbəsi və pedaqoji heyətin nümayəndələrindən ibarət olacaq qrup səfər zamanı Bakıda inşası yekunlaşmış, hazırda inşası davam edən, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iri tikinti layihələri ilə yerində tanış olacaq, tikinti işlərinə bilavasitə gündəlik əsasda cavabdeh olan mühəndislər və memarlarla görüşlər keçirəcəklər. EPFL tələbələri Bakı Olimpiya Stadionu, Xəzər Adası, Bakı Ağ Şəhər, Flame Towers, SOFAZ Tower, SOCAR Tower, Crescent Tower layihələri ilə tanış olmaq niyyətindədirlər.

Təcrübə kursunun keçiriləcəyi ölkənin seçilməsi məsələsinə gəldikdə, burada Azərbaycanla yanaşı, ABŞ, Sinqapur və Türkiyənin namizədlikləri irəli sürülüb, lakin ölkəmizdə həyata keçirilən irimiqyaslı tikinti layihələri daha cəlbedici olduğundan, EPFL tələbələri səs çoxluğu ilə ölkəmizi seçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti