...

Milla tarix yazır

Cəmiyyət Materials 24 İyun 2013 10:00 (UTC +04:00)
Milla Süd Məhsulları, keçmiş Sovet Ölkələri arasında Rusiyaya süd məhsulları ixrac edən ilk süd məhsulu istehsalatçısına çevrilməklə bu həftə tarix yazmışdır.
Milla tarix yazır

Milla Süd Məhsulları, keçmiş Sovet Ölkələri arasında Rusiyaya süd məhsulları ixrac edən ilk süd məhsulu istehsalatçısına çevrilməklə bu həftə tarix yazmışdır.

Bakıya gələn qonaqlar, Milla Ayranının mükəmməl dadından elə heyran oldular ki, onun bütün Azərbaycanda olduğu kimi, Rusiyada da məşhur olacağından əmin olduqlarını bildirdilər.

Bu həftə ilk dəfə olaraq, Ayranın bir neçə qablaşdırmaları sifariş olunmuşdur ki, bunların da üzərində artıq xüsusi " Made in Azerbaijan" ifadəsi və milli rənglərimiz əks olunacaq.

Baş menecer, Philip Wright demişdir: "bu, bütün Milla komandası üçün son dərəcə qürur verici bir andır və bu an yüksək standartlara cavab verən avadanlığımızda, qablaşdırmamızda və ayran məhsul çeşidlərində istifadə etdiyimiz təzə süddə əks olunur".

İxracat imkanlarını genişləndirməyi qarşısına məqsəd qoyan Milla, faydalı və əla növ süd məhsulları, yeni dondurma qablaşdırmaları, ənənəvi İran zəfəranın, qızılgül suyunun və püstənin tamlarını hiss etdirən nömrə 1 "Əli baba" məhsulları ilə BƏƏ, Şimali Afrika və Avropa ölkələrinin diqqətini cəlb etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti