Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İzzət/
Bakının Azadlıq meydanı və Neftçilər prospekti istiqamətləri üzrə avtomobilllərin hərəkətinə qoyulan məhdudiyyət aradan götürülüb və hərəkət tam bərpa edilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 95 illik yubileyinə həsr edilmiş hərbi parad artıq başa çatıb.
Əsədov qeyd edib: "Hərbi texnika və şəxsi heyət Azadlıq meydanı, Neftçilər prospekti və onlara bitişik yolları tərk edəndən sonra orada hərəkət tam bərpa edilib".