...

Azərbaycan ərazisində temperatur nisbətən enəcək, hava sərinləşəcək

Cəmiyyət Materials 1 İyul 2013 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Mehdiyev/

İyulun 3-dən Azərbaycanda havanın temperaturu nisbətən enəcək, hava sərinləşəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

İyulun 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı proqnozlaşdırılır. Axşam saatlarında buludluluq artacaq, cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 2-də havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında əsasən dağətəyi ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Havanın temperaturu gecə 19-24, gündüz 34-39 dərəcə, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti proqnozlaşdırılır.

Yaxın 2-3 ərzində Abşeron yarımadasında arabir şimal küləyinin üstünlüyü atmosfer təzyiqinin bir qədər yüksəlməsinə səbəb olacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti