...

AMEA-nın Geologiya İnstitutu əməkdaşları Ukraynanın palçıq vulkanlarında tədqiqatlar aparırlar

Cəmiyyət Materials 2 İyul 2013 12:22 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlayıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasi Rəyasət Heyəti bildirib.
AMEA-nın Geologiya İnstitutu əməkdaşları Ukraynanın palçıq vulkanlarında tədqiqatlar aparırlar

Azərbaycan, Bakı, 2 iyul / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlayıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasi Rəyasət Heyəti bildirib.

Məlumatda deyilir ki, Krımın Kerç yarımadasında aparılan işlərdə məqsəd Xəzər və Qara dənizlərində palçıq vulkanlarının əmələgəlmə və təzahür mexanizmlərinin oxşar və fərqli xüsusiyyətlərini öyrənmək, vulkan tullantılarının mineralogiyası üzrə təcrübə qazanmaq və Azərbaycanda tətbiq etməkdir.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Adil Əliyevin rəhbərlik etdiyi ekspedisiya qrupu tədqiqatları Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü Filiz Əmələgəlmə Bölməsinin alimləri ilə birgə həyata keçirirlər. A.Əliyevin dediyinə görə, tədqiqatlar 2012-ci ilin noyabrında Geologiya İnstitutu ilə Ukraynadakı sözügedən qurum arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunub.

UMEA-nın əməkdaşları ötən ay azərbaycanlı həmkarları ilə birgə palçıq vulkanlarının geniş intişar tapmış olduğu Şamaxı-Qobustan regionunda tədqiqatlar aparıblar. Hazırkı ekspedisiya təcrübə mübadiləsinin davamıdır və palçıq vulkanlarının seysmikliklə əlaqəsinin öyrənilməsi baxımından da hər iki tərəf üçün əhəmiyyətlidir.

Məlumatda qeyd olunur ki, iyunun 27-də başlamış tədqiqatlar iyulun 3-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti