...

YAP-ın təşkil etdiyi “Yay məktəbi”nin Masallı turu işini davam etdirir (FOTO)

Cəmiyyət Materials 3 İyul 2013 00:31 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gələcəyin liderləri” gənc siyasətçilər üçün “Yay məktəbi”nin Masallı turu işini davam etdirir.
YAP-ın təşkil etdiyi “Yay məktəbi”nin Masallı turu işini davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turu işini davam etdirir.

İyulun 2-də "Gənclərin seçki hazırlığı - seçki prosesi" mövzusunda təqdimat keçirilib. Təqdimatda millət vəkili Sevinc Hüseynova, YAP-ın məsul əməkdaşı Rafael Gülməmmədov, partiya fəalları Zəkiyyə Musayeva, Ramil Vəlibəyov və digərləri ölkənin inkişafında və tərəqqisində seçkinin rolu barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyini, şəffaflığını, dünya standartlarına uyğun keçirilməsini təmin etmək üçün mühüm addımlar atılır. Daim yeniliyə, müasirliyə maraq göstərən Azərbaycan dövlətinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışması da seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu təsdiqləyir.

Təqdimatda gənclərin seçki proseslərində fəallığı geniş müzakirə olunub.
Bildirilib ki, yeniliyi, müasirliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərir, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək ona dəstək olurlar.

Təqdimatda çıxış edən gənclər Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, Onun yenidən Prezident seçilməsinə dəstək olacaqlarını bildiriblər.

Qeyd edilib ki, nəinki YAP-ın 600 mindən artıq üzvünün, ümumilikdə xalqımızın böyük əksəriyyətinin yeganə namizədi olan İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Bu inama əsas verən amil isə dövlətimizin başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər və Azərbaycanın uğurlarıdır.

Həmin gün gənclər Masallı rayonu tarix diyarşünaslıq muzeyində və İmamzadə ziyarətgahında olublar.

Eyni zamanda, gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ idman yarışları da təşkil olunub.

Qeyd edək ki, gənclər üçün təcrübə və bilik mənbəyi olan "Yay məktəbi"nin I turu iyulun 6-dək davam edəcək. "Yay məktəbləri" gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti