...

Müqəddəs Ramazan ayında susuz uşaqlara yardım etmək istəyənlərin nəzərinə!

Cəmiyyət Materials 4 İyul 2013 10:24 (UTC +04:00)
“Afrikadakı uşaqlara yardım əlini uzat!” xeyriyyə kampaniyasının növbəti mərhələsinə start veriləcək.
Müqəddəs Ramazan ayında susuz uşaqlara yardım etmək istəyənlərin nəzərinə!

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

"Afrikadakı uşaqlara yardım əlini uzat!" xeyriyyə kampaniyasının növbəti mərhələsinə start veriləcək.

İslam Konfransı Gənclər Forumundan Trend-ə verilən məlumata görə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə müqəddəs Ramazan ayında, "Afrikadakı uşaqlara yardım əlini uzat!" xeyriyyə kampaniyasının yeni mərhələsi həyata keçiriləcək.

Azərbaycanda 10 iyul-10 avqust 2013-cü il tarixlərində baş tutacaq bu xeyriyyə aksiyasından əldə olunan vəsaitlə Tanzaniya kimi susuzluğun ən ağır problem olduğu bölgələrdə su quyularının qazılması planlaşdırılır. Sözügedən Afrika ölkəsinin üçdə biri quraqlıq zonalarından ibarət olduğundan, əhalinin böyük bir qismi içməli, eləcə də başqa ehtiyaclar üçün lazım olan sudan məhrumdur. Hətta insanların bir çoxunun istifadə etdiyi suya zəhərli toksik maddələrin yığışdığı kanalizasiya suları da qatıldığından bu, vəba və malyariya kimi kütləvi xəstəliklərə səbəb olur.

Kampaniyanın əsas məqsədi bir ay ərzində yığılacaq maliyyə vəsaiti hesabına Afrika ölkələrində yeni su quyularının qazılmasına dəstək verməkdir.

Qeyd edək ki, DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən kampaniyanın birinci mərhələsi 2011-ci ilin Ramazan ayında baş tutub. "Somaliyə yardım əlini uzat!" şüarı ilə keçirilən bu humanitar kampaniya çərçivəsində kütləvi aclıq çəkən 1200 ailə üçün 80 min dollardan çox maliyyə vəsaiti toplanıb və bu yardım öz hesabına Somaliyə gedən könüllülər tərəfindən 5000-dən artıq insana ərzaq şəklində paylanılıb.

İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi Afrikadakı uşaqlara yardım etmək istəyənləri Ramazan ayı ərzində (iyul ayının 10-dan avqust ayının 10-na kimi) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Yardım etmək istəyənlər vəsaitləri İKGF-nin:

DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz

Azərbaycan Beynəlxalq Bankı Səbail filialı

HESAB No: AZ95IBAZ39070029442412143209 AZN

MÜXBİR HESAB: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. KOD: IBAZAZ2X

KOD: 805551

VÖEN: 9900001881

CORR. ACC: 0137010002944

saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin (+994 12) 598-11-62 və ya (+994 12) 492-11-52 nömrəli əlaqə nömrələrinə zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər.

Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.

Əziz dodstlar! Cüzi bir məbləğ ödəməklə siz Afrikadakı bir uşağın susuzluğuna çarə olacaqsız!

Kampaniya üçün xüsusi olaraq hazırlanmış video-filmin linki:

http://www.youtube.com/watch?v=Krs9ZXemnyU

Məqalədə:
Xəbər lenti

Xəbər lenti