...

Azərbaycanda teleradio ilə bağlı ixtisaslaşmış təhsil müəssisəsinin yaradılması təklif edilir

Cəmiyyət Materials 4 İyul 2013 18:16 (UTC +04:00)
Azərbaycanda televiziya və radio ilə bağlı ixtisaslaşmış təhsil müəssisəsinin yaradılması vacibdir. Trend-in məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanda teleradio ilə bağlı ixtisaslaşmış təhsil müəssisəsinin yaradılması təklif edilir

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda televiziya və radio ilə bağlı ixtisaslaşmış təhsil müəssisəsinin yaradılması vacibdir. Trend-in məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq teleradio ilə bağlı vəziyyət bu sahədə ixtisaslaşmış təhsil müəssisəsinin olmasını tələb edir: "Vaxt var idi ki, televiziya və radio kanallarında çalışan jurnalistlərin sayı həddindən artıq az idi. Amma hazırda Azərbaycanda 9 ümumrespublika, 14 regional televiziya kanalı var və burada çalışan insanların sayı getdikcə artır".

Məhərrəmli əlavə edib ki, hazırda internet televiziya və radiolarında çalışanların da sayı getdikcə artır. MTRŞ sədri vurğulayıb ki, artıq televiziya və radio məkanında böyük bir təbəqə əmələ gəlib: "Bu sahə ilə məşğul olan çoxsaylı jurnalist kollektivi var. Onların fəaliyyətini ixtisas baxımından tənzimləmək üçün teleradio akademiyasının yaradılmasına ehtiyac yaradıb. Bu vacibdir".

Şura sədri, həmçinin televiziya və radio verilişləri ilə bağlı xüsusi dövlət fondunun yaradılmasını da vacib hesab edir: "Çünki Azərbaycanın teleradio kanallarında Azərbaycan xalqı, dövləti üçün vacib olan teleradio verilişləri var ki, onlar ayrıca dövlət arxivində və ya ayrıca fondda saxlanılmaldıır. Bunlar artıq vacib məsələlərdir. Zamanı gələndə biz bu məsələ ilə bağlı təkliflər verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti