...

İstanbulun Gezi parkı bu gün sakinlərin istifadəsinə veriləcək

Cəmiyyət Materials 8 İyul 2013 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir A.Tağıyeva/

Bir aydan artıq kütləvi aksiyaların keçirildiyi İstanbulun Taksim meydanında yerləşən Gezi parkı bu gün sakinlərin istifadəsinə veriləcək. Trend-in "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbulun meri Hüseyn Avni Mutlu bildirib.

Qeyd edək ki, İstanbulda aksiyalar şəhər rəhbərliyinin parkı sökərək onun yerində ticarət - əyləncə mərkəzi tikmək niyyətinə görə başlayıb. Nəticədə parkın dağıdılmasının əleyhinə olan minlərlə insan etiraz əlaməti olaraq küçələrə çıxıb.

Tədricən etiraz aksiyaları siyasi xarakter almağa başladı və ölkənin baş nazirinin istefası çağırışlarının səsləndiyi kütləvi nümayişlərə çevrildi.

Türkiyə DİN-in məlumatına görə, üç həftə ərzində ölkənin 79 əyalətində baş verən etiraz aksiyaları zamanı ümumilikdə 2,5 milyon adam iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti