Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Cəfərov/
İranın 9 əyalətində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Trend-in ISNA agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Meteorologiya Təşkilatının bazar ertəsinə olan hava proqnozunda qeyd olunur.
Məlumata əsasən, İranın İlam, Fars, Qum, Kürdüstan, Kirmanşah, Kohgiluyə və Boyer-Əhməd, Lorestan və Yəzd əyalətlərində güclü istilər davam edir.
İranın Xuzestan əyalətində isə havanın temperaturu 50 dərəcəyə yaxındır.