...

Prokuror "Texnikabank"ın sabiq işçilərinə iş istədi

Cəmiyyət Materials 17 İyul 2013 16:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Texnikabank"ın İdarə Heyətinin sabiq sədri Samir Hüseynov, İdarə Heyətinin sabiq sədr müavini Nicat Abdullayev, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müdiri İlham Bahadurov, "Xəzər" filialının sabiq müdiri Natiq Cəfərli və bankın daha 17 əməkdaşı barədə cinayət işi üzrə məhkəmə davam etdirilib.
Prokuror "Texnikabank"ın sabiq işçilərinə iş istədi

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Texnikabank"ın İdarə Heyətinin sabiq sədri Samir Hüseynov, İdarə Heyətinin sabiq sədr müavini Nicat Abdullayev, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müdiri İlham Bahadurov, "Xəzər" filialının sabiq müdiri Natiq Cəfərli və bankın daha 17 əməkdaşı barədə cinayət işi üzrə məhkəmə davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Belə ki, Samir Hüseynova 11 il 6 ay, Nicat Abdullayevə 10 il, Zülfüqar Zülfüqarlıya 10 il, İlham Bahadurov 9 il, Elnur Seyidov 11 il, Anar Həmzəyev 9 il, Natiq Cəfərli 9 il, Şərqiyyə Allahverdiyeva, Elmar İsmayılov, Aynur Şərifova və Sürayyə Əlizadəyə 10 il, Rəşad Musayev 9 il, Rafət Əhmədovə10 il, Ramin Əlizadəyə 8 il 6 ay, Samir Ağamalıyevə 9 il, Əfsanə Hüseynzadə 9 il, Elnur Nəsibova 9 il, Polad Talıbova 11 il, Namiq Xəlilova 9 il 6 ay, Taib Məmmədov, Vasif Cahangirov və Nicat Hacıyev 9 il 6 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, "Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri E.Əliyev və "Yasamal" filialının sabiq müdiri A.Cəfərli xəstə olmaları ilə bağlı barələrində olan cinayət işi ayrılıb və onlar sağalana qədər cinayət işinin icraatı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti