...

ETSN: İyulun sonuna qədər Azərbaycanda anomal istilər gözlənilmir

Cəmiyyət Materials 22 İyul 2013 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu il iyulun sonuna qədər Azərbaycanda anomal istilər gözlənilmir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu ilin yay mövsümü ərzində Azərbaycanda ən yüksək temperatur iyulun 17-də 40 dərəcə isti olmaqla Hacıqabulda (Qazıməmməd) qeydə alınıb. İyulda Bakıda ən maksimal temperatur 36,1 dərəcə, Sumqayıtda 37 dərəcə isti olub. Bunlar da yay dövrü üçün anomal temperatur sayılmır.

A.Verdiyevin sözlərinə görə, son illərdə iyulda respublika üzrə ən yüksək temperatur 2010 və 2011-ci illərdə qeydə alınıb. 2010-cu ildə Bakıda ən maksimal temperatur 40 dərəcə isti olub. 2011-ci ildə isə paytaxtda 42 dərəcə isti qeydə alınıb. 2010-cu ildə Mərkəzi Aran rayonlarında maksimal temperatur 43-44, 2011-ci ildə isə 44-45 dərəcə isti olub.

A.Verdiyev deyib ki, ancaq bu il iyul ayında elə də anomal hava şəraiti müşahidıə edilməyib.

O, indiyədək anomal temperaturun qeydə alınmadığını, yay dövrü üçün xarakterik hava şəraitinin müşahidə edildiyini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti