...

I ixtisas qrupu üzrə keçirilən imtahandan 40 abituriyent qovuldu

Cəmiyyət Materials 22 İyul 2013 16:10 (UTC +04:00)
2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanından 40 abituriyent xaric edilib.
I ixtisas qrupu üzrə keçirilən imtahandan 40 abituriyent qovuldu

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanından 40 abituriyent xaric edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən müxtəlif binalarda 40 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.

İmtahan iyulun 21-də respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində baş tutub. İmtahan bütün binalarda təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti