...

YAP Gənclər Birliyi Ağdamın işğalının 20-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2013 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərin və ictimaiyyətin diqqətini cəlb edən müxtəlif layihələr həyata keçirir. Bu layihələrin bir istiqaməti də ermənilərin xalqımıza qarşı törətdiyi cinayət faktlarının ifşası və bu faktların gənclərə çatdırılmasından ibarətdir.

Birlikdən Trend-ə verilən məlumata görə, ermənilərin törətdiyi ən böyük cinayətlərdən biri də tarixi Azərbaycan torpağı olan Ağdam rayonunun işğal olunması, dağıdılması və əhalisinin didərgin salınmasıdır.

Ağdam rayonu artıq 20 ildir ki, işğal altındadır. Şəhər tamamilə dağıdılmış, bütün mədəni abidələr yerlə-yeksan edilmişdir. Ağdamın hazırki mənzərəsi ilə bütün dünya tanış olsa da, hələ də beynəlxalq ictimaiyyət bu mövzuda susqundur.

YAP Gənclər Birliyi Ağdamın işğalının 20-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etmişdir. Bu ziyarətdə partiyanın yüzlərlə aktiv gənci iştirak etmiş, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarlarına gül dəstələri qoymuşlar.

Gənclərin ziyarəti "Əbədi məşəl" kompleksinin önündə başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti