...

Bakı-Biləcəri sahəsində 9 km dəmir yolunun əsaslı təmiri başa çatır (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2013 10:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncamı icra olunur.
Bakı-Biləcəri sahəsində 9 km dəmir yolunun əsaslı təmiri başa çatır (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı icra olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən Trend-ə daxil olan məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. 3 avqust 2013-cü ildə Biləcəri stansiyasında 1100 metr yolun əsaslı təmirinə başlanılacaq və iki gün davam edəcək. Bununla da dəmir yolunun Bakı-Biləcəri sahəsində 13 iyul 2013-cü ildə startı verilmiş 9 kilometr yolun əsaslı təmiri başa çatacaq.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, bu günə kimi 262,6 kilometr yol əsaslı təmir olunmuş, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatmışdır.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti