...

Tbilisi prospektinin bir hissəsi sürücülərin istifadəsinə verilib (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2013 09:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Tbilisi prospektinin Həsən Əliyev küçəsindən Salamzadə küçəsinədək olan hissəsi dünən axşam saatlarında sürücülərin istifadəsinə verilib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 150 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib.

Hazırda yolun Salamzadə küçəsindən 20 yanvar qövşağına qədər olan hissəsində qaz xətləri dəyişdirilir.

Bu işlər başa çatdıqdan sonra "Azəryolservis" ASC tərəfindən təmir işlərinə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti