...

Azərbaycanda cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək istəyən insan alverinin qurbanlarına sığınacaq veriləcək

Cəmiyyət Materials 7 Avqust 2013 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabineti "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydalan"ında dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Trend xəbər verir ki, "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"na yeni bənd əlavə edib.

Əlavə olunan yeni bəndə əsasən, "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün bərpa və fikirləşmə müddəti verilmiş insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün sığınacaqların və yardım mərkəzlərinin xidmətlərindən istifadə edə bilər.

Nazirlər Kabinetinin digər Qərarı ilə "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının icrasını təmin etmək məqsədi ilə "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"ında dəyişikliklər edilib.

Qaydalara edilən əlavəyə görə, "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bərpa və fikirləşmə müddəti verilmiş insan alverinin qurbanına həmin müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti