...

Azərbaycanda 15 minə yaxın elektron rəqəmli imza verilib

Cəmiyyət Materials 9 Avqust 2013 11:24 (UTC +04:00)
İyul ayında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmli imzaların ümumi sayı 4,6 faiz artaraq avqustun 1-nə 14 997 ədəd təşkil edib.
Azərbaycanda 15 minə yaxın elektron rəqəmli imza verilib

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir H.Vəliyev/

İyul ayında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmli imzaların ümumi sayı 4,6 faiz artaraq avqustun 1-nə 14 997 ədəd təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) yaydığı hesabatda deyilir.

MHM-in məlumatına görə, iyulda Mərkəz tərəfindən 665 rəqəmli imza kartı verilib.

Verilən elektron rəqəmli imzaların ümumi sayından dövlət strukturlarının payına 11 483 ədəd düşüb, 304 ədəd hüquqi şəxslərə, 3210 ədəd isə vətəndaşlara verilib.

Təsdiq edilmiş elektron xidmətlərin sayının (417 ədəd) 184-dən portalda istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı 437 ədəd təşkil edir.

2013-cü ilin yanvar-avqust aylarında "Elektron hökumət" (e-gov.az) portalına daxil olmaların sayı 281 mindən çox olub.

Məlumatda deyilir ki, portala baş çəkmənin ümumi sayının 84 faizi Azərbaycanın payına düşür. ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Almaniya, Ukrayna və digər ölkələrdən olan istifadəçilər də portala baş çəkirlər.

Avqust ayında "Elektron hökumət" portalı vasitəsi ilə dövlət qurumlarının təkcə 10 elektron xidmətindən 67745 dəfə yararlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti