...

Azərbaycanda qısamüddətli istilərdən sonra avqustun 18-dən havanın temperaturu enəcək

Cəmiyyət Materials 14 Avqust 2013 12:36 (UTC +04:00)
Avqustun 16-dan 18-dək Azərbaycanda temperaturların tədricən yüksələcəyi, 18-dən sonra isə yenidən bir qədər enəcəyi və havanın küləkli keçəcəyi gözlənilir.
Azərbaycanda qısamüddətli istilərdən sonra avqustun 18-dən havanın temperaturu enəcək

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/

Avqustun 16-dan 18-dək Azərbaycanda temperaturların tədricən yüksələcəyi, 18-dən sonra isə yenidən bir qədər enəcəyi və havanın küləkli keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirib ki, avqustun 16-dan 18-dək temperaturlar tədricən yüksələcək. Bu müddətdə Aran rayonlarında 33-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 23-28, bəzi yerlərdə 30, Abşeron yarımadasında 33-35, bəzi yerlərdə 38 dərəcəyədək isti olacaq.

Avqustun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq.

Bakı və Abşeron yarımadasında çirmərliklərdə dəniz suyunun hərarəti 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 15-də hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti