...

Azərbaycanda operativ yardım üçün vahid telefon nömrəsinin tətbiqi planlaşdırılır

Cəmiyyət Materials 26 Avqust 2013 17:21 (UTC +04:00)
Azərbaycanda operativ yardım üçün vahid telefon nömrəsinin (112) tətbiqi planlaşdırılır.
Azərbaycanda operativ yardım üçün vahid telefon nömrəsinin tətbiqi planlaşdırılır

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda operativ yardım üçün vahid telefon nömrəsinin (112) tətbiqi planlaşdırılır. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda "112" xidməti istifadəyə verilib və o birgə "101" (yanğınsöndürmə xidməti), "102" (polis), "103" (təcili tibbi yardım) təcili yardım nömrələri ilə birgə fəaliyyət göstərir. Lakin "112" xidmətinin tam funksional olması üçün bütün xidmətlərin işlərini koordinasiya etmək lazımdır və bu istiqamətdə işlər aparılır.

Qeyd edək ki, "112" təcili yardım nömrəsi həm stansionar həm də mobil telefonlar üçün ümumavropa təcili tibbi yardım nömrəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti