Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasında təmir olunan ekskalatoru Azərbaycanda tədris ilinin başlanacağı gün (16 sentyabr) istifadəyə verməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakı Metropolitenindən Trend-ə bildirilib.
Metroplolitendən bildirilib ki, ekskalatorun əsaslı təmiri üzrə işlər artıq başa çatdırılıb və hazırda sazlama işləri aparılır.
Metrodan bildirilib: "Baxmayaraq ki, ekskalatorun təmiri başa çatdırılıb, lakin sazlama işləri olmadan o, istismara verilə bilməz. Onun tədris ilinin başlanğıcında istismara verilməsi nəzərdə tutulur".