...

Səhiyyə Nazirliyi 5 yeni elektron xidmət istifadəyə verdi

Cəmiyyət Materials 4 Sentyabr 2013 11:53 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi 5 yeni elektron xidmətini Elektron Hökumət portalına təqdim edib.
Səhiyyə Nazirliyi 5 yeni elektron xidmət istifadəyə verdi

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi 5 yeni elektron xidmətini Elektron Hökumət portalına təqdim edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin xidmətlər radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi, ionlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi, rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi, tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair rəyin verilməsi, tikinti və yenidən qurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbuludur.

Xidmətlərə həm fiziki, həm də hüquqi şəxslər müraciət edə bilərlər. Ərizələrin elektron müraciəti üçün lazımi sənədlərin elektron versiyaları tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti