...

Bakıda yağış sularının yaratdığı problemlərin həlli müzakirə olunur

Cəmiyyət Materials 6 Sentyabr 2013 11:52 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə cümə günü "Bakı şəhərində yağış sularının idarə olunması problemləri: dünən, bu gün və sabah" mövzusunda elmi-praktik seminar keçirilir.
Bakıda yağış sularının yaratdığı problemlərin həlli müzakirə olunur

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə cümə günü "Bakı şəhərində yağış sularının idarə olunması problemləri: dünən, bu gün və sabah" mövzusunda elmi-praktik seminar keçirilir.

Trend-in məlumatına görə, seminarın açılışında çıxış edən Mərkəzin rəis müavini Tale Şamçıyev bildirib ki, son zamanlar güclü yağışların yağması bir daha şəhərin müxtəlif ərazilərində kanalizasiya xətlərinin suötürücülük qabiliyyətinin istənilən səviyyədə olmadığını göstərir. Bu da öz növbəsində yollarda tıxacların yaranmasına və sakinlərin ciddi narazılığına səbəb olur.

T.Şamçıyev qeyd edib ki, Bakı şəhərində baş verə biləcək fövqəladə halların qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlərin koordinasiyasını aparan bir qurum kimi bu mövzu FHN-in Bakı Regional Mərkəzinin daim diqqət mərkəzindədir.

Mərkəzin rəis müavini vurğulayıb ki, yol və su infrastrukturu qurumları ilə birgə keçirilən seminarın məqsədi bu məsələnin müzakirəsi, yağış sularının törətdiyi halların qarşısının alınması üçün tədbirlərin görülməsi, problemlərin və perspektivlərin müəyyən olunmasıdır.

Seminar zamanı qeyd olunub ki, yağışların yağması zamanı problemlərin yaranmasına səbəb kanalizasiya şəbəkələrinin Bakı şəhərini tam əhatə etməməsi, yaxud fəaliyyətinin qənaətbəxş olmamasıdır.

Problemin çıxış yolu kimi yağış kanalizasiya şəbəkələrinin müasir tələblərə cavab verən qurğuların inşası hesabına genişləndirilməsi və bununla da kanalizasiya şəbəsinin suötürücülüyünü artırılması təklif olunub. Həmçinin, təkliflər sırasında xüsusi qurğuların yaradılması ilə yağış sularının toplanması və sonradan emal olunaraq şəhər təsərrüfatında istifadə olunması öz əksini tapıb.

Qeyd edək ki, konfrans FHN, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və "Azəryolservis" ASC nümayəndələrinin iştirakı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti