Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın görkəmli jurnalisti, xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli vəfat edib.
Bu xəbəri Trend-ə YAP-dan təsdiqləyiblər.
Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı olub.