...

Vəkillər Kollegiyası vəkil qismində təqdim olunan şəxslə bağlı rəsmi məlumat yaydı

Cəmiyyət Materials 9 Sentyabr 2013 12:28 (UTC +04:00)
Vəkillər Kollegiyası KİV-də vəkil qismində təqdim olunan şəxslə bağlı rəsmi məlumat yaydı.
Vəkillər Kollegiyası vəkil qismində təqdim olunan şəxslə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Vəkillər Kollegiyası KİV-də vəkil qismində təqdim olunan şəxslə bağlı rəsmi məlumat yaydı.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azadlıq" qəzetinin 05 sentyabr 2013-cü il tarixli buraxılışında "Vəkildən Zakir Qaralova şok müraciət" başlıqlı yazı dərc olunub. Həmin yazıda Əlabbas Rüstəmli adlı şəxs cəmiyyətə tanınmış vəkil olaraq təqdim olunub.

Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər.

Beləliklə, adı çəkilən şəxsin - Əlabbas Rüstəmlinin Kollegiyanın üzvü olmadığı nəzərə alınaraq onun barəsində mətbuatda məlumat verilərkən KİV-dən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti