...

Bakıdakı orta məktəblərin yarısı bu il təmir edilib

Cəmiyyət Materials 10 Sentyabr 2013 11:57 (UTC +04:00)
Bakıdakı orta məktəblərin yarısı bu il təmir edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
Bakıdakı orta məktəblərin yarısı bu il təmir edilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıdakı orta məktəblərin yarısı bu il təmir edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bir necə gündən sonra yeni tədris ili başlayır. Bu tədris ilinə ən böyük töhfəni ölkə Prezidenti Ilham Əliyevin verdiyini deyən nazir təhsil işçilərinin əməkhaqlarının artdığını da söyləyib.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən yeni dərs ilinə hazırlıq işləri aparılıb: "Yay ayları ərzində Bakının 164 məktəbində cari təmir işləri aparılıb. Bu isə Bakıdakı məktəblərin 50 faizini təşkil edir".

Nazir bildirib ki, peşə təhsili məktəblərində təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün "Müasir Azərbaycan peşəkarları" layihəsinə üstünlük verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti