...

Ekspert: Kvant düşüncə strukturunun dəyişikliyi insanın özünü transformasiya edir (VİDEO)

Cəmiyyət Materials 11 Sentyabr 2013 12:01 (UTC +04:00)
Kvant düşüncə strukturunun dəyişikliyi, yəni onun mənfi məlumatlarının mənfidən müsbətə transformasiya olunması insanın özünü və həyatını dəyişdirir.
Ekspert: Kvant düşüncə strukturunun dəyişikliyi insanın özünü transformasiya edir (VİDEO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Kvant düşüncə strukturunun dəyişikliyi, yəni onun mənfi məlumatlarının mənfidən müsbətə transformasiya olunması insanın özünü və həyatını dəyişdirir. Bu barədə Trend-ə açıqlamasında türkiyəli ekspert Şanal Günseli bildirib.

Onun sözlərinə görə, kvant düşüncəsini bizim həyatımızı müəyyən edən emosiya bazası ilə birbaşa əlaqəsi olan şüuraltı düşüncə ilə bağlıdır.

Ekspert vurğulayıb: "Beləliklə, tənhalıq, ac olmaq, xoşbəxtlik, sərvət və yoxsulluq kimi insan hissləri və vəziyyəti şüuraltı düşüncədə yaranır və bu kvant düşüncəsi adlanır".

Günseli vurğulayıb ki, kvant düşüncəsi insanın hüceyrə yaddaşında yaranır. Əgər kvant düşüncəsi insanda əvvəlcədən formalaşıbsa, məsələn günah hissi, onda bu düşüncə yaddaşda olan belə hisslərlə bağlı olan insan və hadisələri canlandırır.

Günseli bildirib: "Kvant düşüncəsinin mənfidən müsbət istiqamətə çevrilməsi üzərində işləyərək biz insanları sağlamlıqla da bağlı olan miqren, skolioz və digər xəstəliklərdə daxil olmaqla bir sıra problemlərdən azad edirik".

Mənfi düşüncə tərzindən təmizlənmə prosesinə gəldikdə isə, onun sözlərinə görə, bu şüuraltı səviyyədə mənfi hiss və informasiyaların silinməsi yolu ilə həyata keçirilir.

Ekspert, həmçinin vurğulayıb ki, Türkiyədə hazırda bu üsul olduqca məşhurdur. Azərbaycanda da, o cümlədən kvant düşüncəsinə böyük maraq müşahidə edilir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti