Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/
Son günlər bir sıra internet portallarında və yazılı KİV-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Marketinq və Tarif" şöbəsinin keçmiş bölmə rəisi Rahib Hüseynovun dələduzluq əməllərindən bəhs edən "Oliqarx oğlu 48 milyon manat mənimsəməkdə ittiham olunur" sərlövhəli yazılar dərc edilir.
Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, dərc edilən məlumatlarda adı çəkilən Rahib Hüseynovun maliyyə fırıldaqlarının dəmiryolunda aparılması kimi iddialar tam əsassızdır:
"Qohumluq əlaqəsinə gəldikdə isə, o, "Azərbaycan Dəmir Yolları" QSC rəisinin baldızı oğludur. Rahib Hüseynovun həbsinin "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur. Çünki o, bu təşkilatda işləmir".
Rəsmi mövqe: Rahib Hüseynovun həbsinin "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyəti heç bir əlaqəsi yoxdur