...

“Aura” sağlamlıq mərkəzində skvoş yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2013 11:43 (UTC +04:00)
15 sentyabr 2013-cü il tarixində “Excelsior Hotel Baku” oteli və “AtaBank” ASC-nin dəstəyi ilə “Aura” Sağlamlıq Mərkəzində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında skvoş oyunu üzrə yarış keçirildi.
“Aura” sağlamlıq mərkəzində skvoş yarışı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

15 sentyabr 2013-cü il tarixində "Excelsior Hotel Baku" oteli və "AtaBank" ASC-nin dəstəyi ilə "Aura" Sağlamlıq Mərkəzində "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında skvoş oyunu üzrə yarış keçirildi. Yarışda qaliblərə hədiyyələr və sertifikatlar verildi. Yarışda birinci yeri "Sportmedia" İdman İnformasiya Agentliyinin baş redaktoru İlkin Vidadioğlu, ikinci yeri "AtaHolding" ASC Müqavilə Hüququ şöbəsinin rəisi Anar Ramazanov, üçüncü yeri 525-ci qəzetin əməkdaşı İbrahim Cəfərov və dördüncü yeri "SalamNews" agentliyinin əməkdaşı Orxan Kərimov tutdu. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edildi.

"AtaBank" ASC-nin Idarə Heyətinin üzvü Elnur Osmanov yarışla bağlı qeyd etmişdir: "Məlum olduğu kimi, komanda oyunları ruh yüksəkliyinə kömək edir, müsbət emosiyalar və yaxşı əhval-ruhiyyə bəxş edir. Ona görə də, bu kimi korporativ daxili idman yarışları effektiv komanda formalaşdırmağa kömək edir ki, bu da biznesdə uğuru təmin edən amillərdən biridir. Yarışda mətbuat nümayəndələrinin müştərək iştirakı isə KİV-lə münasibətlərin qurulmasına, jurnalistlərlə qeyri-rəsmi şəraitdə ünsuyyətə xidmət edir".

"Excelsior Hotel Baku" oteli Marketinq və Satış Departamentinin direktoru Damla Bayık bildirdi ki, skvoş - böyük tennis və badmintonla yanaşı, oyun və idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Məhz buna görə də, skvoşun üstünlüklərinə onun insan orqanizminin kardiorespirator funksiyalarına müsbət təsirini aid etmək olar. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də, skvoş fəal isitirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur".
Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli "Aura" Sağlamlıq mərkəzində skvoş dərsləri həftənin şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saatlarında keçirilir. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslərin vaxtı haqqında geniş məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti