...

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 17 Sentyabr 2013 12:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Axşam saatlarında cənub küləyi mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Axşam saatlarında cənub küləyi mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə saatlarında bəzi dağlıq ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, mülayim qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 28-32, dağlarda gecə 9-14, gündüz 20-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti