...

Almaniyanını Eichstatt-İngolstadt Katolik Universitetinin professor və tələbələrindən ibarət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2013 12:04 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüş keçiriblər.
Almaniyanını Eichstatt-İngolstadt Katolik Universitetinin professor və tələbələrindən ibarət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycanda səfərdə olan Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüş keçiriblər.

Trend-in məlumatına görə, qonaqları ölkəmizdə və BANM-də görməkdən məmnunluq hissi keçirdiyini bildirən BANM rektoru E.Qasımov qeyd etmişdir ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır.

ARDNŞ-nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E.Qasımov bildirib ki, yeni ali məktəbin yaradılmasında əsas məqsəd məhz bu layihələrdə işləyəcək müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar hazırlanmasıdır. Ali məktəbin qısa zaman çərçivəsində əldə etdiyi uğurları gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. O vurğulamışdır ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.

Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetindən gələn nümayəndə heyətinin rəhbəri Harald Peklaner qeyd etmişdir ki, fəaliyyət göstərdiyi universitet tədqiqat, peşə hazırlığı və davamlı təhsildən başqa maraq göstərən şirkətlərə konsultant layihələri, tədqiqat, praktik seminarlar və mühazirələr şəklində əməkdaşlıq edir. O gələcəkdə Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdir. Tədbir çərçivəsində BANM və Eichstatt-İngolstadt Katolik Universitetinin tələbələri arasında beynəlxalq tələbə mübadiləsi, uğurlu karyera seçimi və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda rektor E. Qasımov qonaqlara kitablar hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti