...

Ekspertlər: Xəzərin ekoloji problemlərini həll etmək üçün vahid monitorinq qrupunun yaradılması lazımdır

Cəmiyyət Materials 20 Sentyabr 2013 15:46 (UTC +04:00)
Xəzərin ekoloji problemlərini həll etmək üçün vahid monitorinq qrupunun yaradılması lazımdır.
Ekspertlər: Xəzərin ekoloji problemlərini həll etmək üçün vahid monitorinq qrupunun yaradılması lazımdır

Azərbaycan, Bakı, 20 sentyabr/Trend, müxbir Y. Kosolapova/

Xəzərin ekoloji problemlərini həll etmək üçün vahid monitorinq qrupunun yaradılması lazımdır. Trend-in məlumatına görə, bu barədə fikri azərbaycanlı ekspertlər "Dəniz: sərvətləri qoruyaq və artıraq" mövzusunda cümə günü keçirilən Moskva-Astana-Bakı video körpüdə ifadə ediblər.

Bakı Dövlət Universitetinin professoru, Bakı Dövlət Universitetinin professoru, "Kaspi" Elmi Mərkəzinin direktoru Çingiz İsmayılov bildirib: "Problem kompleks şəkildə həll edilməlidir. Hər bir ölkə illik hesabatlar (Xəzər dənizinin ekologiyasının qorunması üzrə görülən işlər haqqında) təqdim edir. Hamıda hər şey gözəldir. Ümumilikdə isə, ekologiyaya nəzarət üzrə birgə monitorinq qrupu olmayana qədər bu problem həll edilməyəcək".

Onun sözlərinə görə, bu gün Xəzərin statusu məsələsinin həll olunmaması birgə monitorinq qrupunun yaradılmasına maneə olur: "Lakin belə bir qrup Xəzərdə dəniz sərhədlərinin delimitasiyasını həyata keçirən üç ölkə (Azərbaycan, Rusiya, Qazaxıstan) arasında yaradılsa, bu, bir sıra məsələləri həll etməyə kömək edər.

Ekspert, o cümlədən Xəzəryanı dövlətləri sahil zonalarının qorunması üzrə birgə proqram hazırlamağa çağırıb.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, hazırda Xəzər dənizi neftlə deyil, daha çox çirkab sular və texnoloji müəssisələr tərəfindən çirkləndirilir.

O həmçinin, Xəzər dənizi üzrə vahid monitorinq qrupunun yaradılmasına və ora qeyri-hökumət təşkilatlarının ekspertlərinin daxil edilməsinə çağırıb.

Onun fikrincə xəzəryanı ölkələrin bu dənizdə çox böyük donanma saxlaması və hərbi gəmilərin müntəzəm olaraq öz ballast sularını dənizə tökməsi Xəzərin ekologiyasına mənfi təsir göstərir.
Bundan əlavə azərbaycanlı ekspertlər Xəzərdə brakonyerliyə qarşı mübarizədə birgə tədbirlərin görülməsinə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti