...

Heydər Əliyev prospektindəki körpüdə uçqunun baş verməsi barədə məsələyə rəsmən aydınlıq gətirildi

Cəmiyyət Materials 24 Sentyabr 2013 17:57 (UTC +04:00)
Bakıda Heydər Əliyev prospektində hərəkət bu gecə bərpa olunacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Heydər Əliyev prospektindəki körpüdə uçqunun baş verməsi barədə məsələyə rəsmən aydınlıq gətirildi

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda Heydər Əliyev prospektində hərəkət bu gecə bərpa olunacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev qeyd edib ki, Heydər Əliyev prospektinin əsas hissəsində yaranan problem kanalizasiya xətlərindəki qəza ilə bağlı olub: "Artıq həmin ərazidə kanalizasiya xətləri bərpa olunub və asfalt-beton örtüyü salınır. Bu gecə həmin istiqamətdə hərəkət bərpa olunacaq".

Digər istiqamətdə körpüdə yaranan problemlə bağlı "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri bildirib ki, orada üzlük daşlarının düşməsi faktı qeydə alınıb. P.Mürsəliyev deyib ki, həmin hissə də sabah təmir olunacaq.

Qeyd edək ki, sentyabrın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur. Bu, sentyabr ayı üçün rekord göstəricidir. Ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti