...

Azərbaycanda məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır

Cəmiyyət Materials 26 Sentyabr 2013 10:21 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlayır.
Azərbaycanda məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlayır. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulur. Qaydalar təsdiq edildikdən sonra bu bazanın yaradılması istiqamətində işlərə başlanacaq.

Qeyd edək ki, direktor vəzifəsinə qəbul olmaq istəyən namizədin sənədləri nazirliyə təqdim olunur, ekspertizadan keçirilir. Sonra isə namizəd imtahan verir. İmtahanda onların, əsasən idarəetmə, İKT, müasir strategiyalar sahəsindəki bacarıqları öyrənilir. Bu prosedurdan sonra namizədlə müsahibə aparılır və o, direktor vəzifəsinə təyin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti