...

Mikayıl Cabbarov: 2000 şagirdi olan məktəbin direktoru ilə şagirdi daha az olan məktəb direktorunun eyni maaş alması düzgün deyil

Cəmiyyət Materials 26 Sentyabr 2013 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov çox şagirdi olan məktəbin direktoru ilə az şagirdi olan məktəbin direktorunun eyni qədər maaş almasını düzgün saymır.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı deyib ki, Azərbaycanda 2000 şagirdi olan məktəbin direktoru ilə daha az olan şagirdi olan məktəb direktoru eyni qədər maaş alır: "Bu isə düzgün deyil. Görünür, bizim ödəmə sistemində bir problem var. Biz tərkibində müəyyən çatışmazlıq olan sistemi daha da çətinləşdirmək istəmirik. Nazirlik bu istiqamətdə müvafiq qurumlarla işlər aparılır. Düşünürük ki, bu sahədə gələcəkdə uğur qazanacağıq".

Nazir bildirib ki, Azərbaycanda müəllimlərin maaşları artırılmalıdır. Lakin bunun nə qədər artırılması deyil, necə artırılması əsasdır: "Sovet sistemindən mövcud olan sistemin indi də tətbiq edilməsi nə dərəcədə düzgündür? Maaşların artırılması ilə bağlı əsas məsələ məktəb direktorları ilə əlaqədardır. Onlar müəllimlər qədər maaş alırlar, amma üzərlərində çox böyük yük var".

M.Cabbarov onu da bildirib ki, Azərbaycanda şagirdlər ildə 32 həftə oxuyurlar. Dünya ölkələrində isə orta hesabla 38 akademik həftə mövcuddur. Bu isə o deməkdir ki, hər il bizim şagirdlər digər ölkələrin şagirdlərinə nisbətən 6 həftə az dərs oxuyurlar. Bu da təhsil proqramını asanlaşdırmır, əksinə çətinləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti