...

Azərbaycanda 4 hotelin lisenziyası dayandırılıb

Cəmiyyət Materials 27 Sentyabr 2013 11:49 (UTC +04:00)
Azәrbaycanda bu il nazirliyin keçirdiyi monitorinq nәticәsindә 4 hotelin lisenziyası dayandırılıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə mәdәniyyәt vә turizm naziri Әbülfәs Qarayev bildirib.
Azərbaycanda 4 hotelin lisenziyası dayandırılıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Azәrbaycanda bu il nazirliyin keçirdiyi monitorinq nәticәsindә 4 hotelin lisenziyası dayandırılıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə mәdәniyyәt vә turizm naziri Әbülfәs Qarayev bildirib.

Ə.Qarayev qeyd edib ki, bu hotellәr Quba, Xaçmaz, Mingәçevir vә Astara rayonlarında yerlәşirlәr.

O bildirib ki, monitorinq nәticәsindә mәlum olub ki, bir sıra hotel rәhbәrlәri işə mәsuliyyәtsiz yanaşırlar, istifadә edilәn su ilә bağlı problemlәr mövcuddur.

Nazirin sözlərinə görə, bununla yanaşı bir sıra hotellәrә xәbәrdarlıqlar edilib, tövsiyәlәr verilib.

Nazir vurğulayıb ki, Azәrbaycan turizmi üçün bu gün peşәkar kadrlar yetişdirilmәlidir: "Azәrbaycanın qeyri-neft sektorunun inkişafında turizmin çәkisi artır. Yarım illik göstәricilәrә görә, Azәrbaycan turizmi beynәlxalq sәviyyәdә 9,9 faiz artıb, ölkәyә 1 196 min turist gəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti