...

Ombudsman Aparatının əməkdaşları Əvəz Zeynallı ilə görüşüblər

Cəmiyyət Materials 3 Oktyabr 2013 15:21 (UTC +04:00)
Azərbaycanın Ombudsman Aparatının əməkdaşları müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində olub, bir neçə məhkumla, o cümlədən Əvəz Zeynallı ilə görüşüblər.
Ombudsman Aparatının əməkdaşları Əvəz Zeynallı ilə görüşüblər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində olub, bir neçə məhkumla, o cümlədən Əvəz Zeynallı ilə görüşüblər.

Aparatın möətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ombudsmanın nümayəndələri məhkumların saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, onlara hüquqlarını və ombudsmanın səlahiyyətlərini izah edib, müraciətlər diqqətlə dinlənilib.

Qəbul edilmiş məhkumlarla fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı şikayət etməyiblər.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti